Adi su içməyin faydaları çoxumuza məlumdur. Günün hansı saatlarında və hansı miqdarda su qəbul etməliyik? Bu kimi əlavə məlumatlara yiyələnmək də yalnız sağlamlığımıza xidmət edər. Sizi də sadə tövsiyələrdən yararlanmağa dəvət edirik:
- Çox miqdarda su içmək sağlamlıq demək deyil. Xüsusi şərtlər istisna olmaqla, adi halda qadınlar üçün 1 gündə orta hesabla 2.5 litr, kişilər üçün isə 3.5 litr su içmək tövsiyə olunur. Hər yaşa və çəkiyə uyğun orqanizmin tələb etdiyi su miqdarını xüsusi düsturla müəyyən etmək olar. Bunun üçün hazır kalkulyatorlar da mövcuddur.
- Səhər acqarına 1 stəkan ilıq su içməklə orqanizminiz təmizlənir,
- Çox soyuq su içməyin, çünki həzm prosesinə mənfi təsir göstərir,
- Yemək zamanı deyil, yarım saat əvvəl su içməyiniz tövsiyə olunur,
- Suyu birbaşa deyil, aramla için,
- İdman zamanı və idmandan əvvəl su için,
- Xəstəlik zamanı və soyuq qış aylarında da su qəbulunu azaltmayın,
- Axşam yeməyindən sonra aclıq hiss edərkən yemək əvəzinə su için, bununla çəki balansınızın qorunmasına kömək edərsiniz.
Yaxşı həzm, güclü metabolizm, təmiz dəri, düzgün maddələr mübadiləsi və s. sağlamlıq göstəricilərinizi yüksəltmək üçün keyfiyyətli su için. Xüsusi filtrlərdən keçmiş və müasir texnoloji proseslərin məhsulu olan Vita1000 suları da məhz sağlamlığınızın keşiyindədir.