Normal miqdarda su içməmək dehidrasiyaya səbəb olur, bu da eyni zamanda dəri baryerimizi zədələyir. Erkən yaşlanma, akne və dəri quruluğu kimi problemlər dehidrasiyanın xoşagəlməz nəticələrinə daxildir.
Bəs toxuma və orqanlarımızın əksər hissəsinin sudan ibarət olduğunu bilirdinizmi? Məsələn, beynimizin 90%-i, qan hüceyrələrimizin 83 %-i, dərimizin isə 64%-i sudan ibarətdir. Bu səbəbdən, insan orqanizmində suyun əhəmiyyəti danılmazdır. Xüsusilə dəri üçün əhəmiyyətinə nəzər salsaq, bol su içməyin bir çox müsbət cəhətlərinə şahid oluruq. Son illərdə aparılan bir araşdırma nəticəsində məlum olub ki, 4 həftə ərzində hər gün müntəzəm olaraq 2 litrdən artıq su içməklə dəri sıxlığı və qalınlığında nəzərəçarpan dərəcədə dəyişiklik əldə olunub. Keyfiyyətli və minerallarla zəngin su içmək dəri sağlamlığımızın qorunmasında xüsusi rol oynayır:
* Dəri tonunu gözəlləşdirir. Kifayət qədər su içdiyimiz zaman dərimizə qan axını güclənir və dəri toksinlərdən təmizlənmiş olur.
* Dərinin erkən qocalmasının qarşısını alır. Bol su içmək dərinin elastikliyini artırır və nəticədə dəri uzun müddət nəmli qalır.
* Dərinin parlaqlığını və təmizliyini qoruyur. Orqanizm üçün tələb olunan normanı aşmadan buna nail olmaq mümkündür.